TÜRK DÜNYASI

Birol Akgün: Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır

“Türkiyə və Azərbaycan tarixdə olmadığı qədər ən mükəmməl dövrü yaşayırlar”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə-Azərbaycan Qardaşlıq Forumunda deyib.

O bildirib ki, bu gün hər iki ölkənin dövlət liderləri birlikdə hərəkət etməkdədirlər.

“Bu qardaşlıq sarsılmazdır. Qardaşlığı öncəliklə xalqlarımız istəyir. Milli mənfəətlərimiz qarşısında da bu münasibət vacibdir”, – o əlavə edib.









Mənbə: Turkustan.Az