Sumqayıt bələdiyyəsində vətəndaş qəbulu keçirilib
Sumqayıt bələdiyyəsində vətəndaş qəbulu keçirilib
“Bu gün Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş qəbulu keçirib” – bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Görüş zamanı şəhər sakinlərinin fərdi müraciətləri dinlənilib, sosial rifah, infrastruktur və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sakinlərin səsləndirdiyi hər təklif və narahatlıq bələdiyyənin gələcək fəaliyyətində yol xəritəsi kimi dəyərləndirilib. Əsas məqsəd — insan yönümlü idarəçilik modelini gücləndirmək,qərarları birbaşa vətəndaşla birgə formalaşdırmaqdır.
Bələdiyyədən bildiriblər ki, bu cür görüşlər davamlı xarakter daşıyacaq və vətəndaşların iştirakı ilə daha da genişlənəcəkdir.
Sumqayıt bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/