SƏHİYYƏ

Qaraciyəri TƏRTƏMİZ edən sadə üsul – Əsl möcüzədir

Orqanizmin sağlam qalması üçün əsas orqanlardan biri olan qaraciyər, gündəlik həyat tərzimiz və qidalanma vərdişlərimiz səbəbindən tez-tez zərər görə bilər.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, yağlı yeməklər, şəkərli içkilər, dərmanların çox istifadəsi və spirtsiz içkilər belə qaraciyərdə toksinlərin yığılmasına səbəb olur. Lakin xoşbəxtlikdən, qaraciyəri təmizləmək və funksiyalarını bərpa etmək üçün çox sadə, təbii və əlçatan üsullar mövcuddur.

Mütəxəssislərin fikrincə, bu üsullardan biri limon və zeytun yağının qarışığıdır. Səhərlər acqarına 1 xörək qaşığı zeytun yağı ilə bir neçə damcı təzə sıxılmış limon şirəsini qəbul etmək qaraciyərin fəaliyyətini stimullaşdırır, öd axımını sürətləndirir və orqanizmdə toplanan toksinləri xaric etməyə kömək edir.

Digər təsirli vasitə isə ilıq suya əlavə olunan alma sirkəsidir. Hər səhər 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə edib içmək, həm qaraciyərin təmizlənməsinə, həm də maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Bu, eyni zamanda arıqlamaq istəyənlər üçün də mükəmməl bir dəstəkdir.

Qaraciyər üçün möcüzəvi təsirə malik olan digər qidalar isə bunlardır: çuğundur, sarımsaq, yaşıl çay, zərdəçöl və qara turp. Bu qidalar antioksidantlarla zəngin olduğuna görə, qaraciyərin hüceyrələrini yeniləyir və onun özünü bərpa etməsinə şərait yaradır.

Əgər gündəlik olaraq bu sadə vasitələrdən istifadə etsəniz, qısa müddətdə yüngülləşmə hiss edəcək, dərinizin parlaqlığını və ümumi enerjinizi artdığını müşahidə edəcəksiniz. Möcüzəvi nəticələr üçün isə ardıcıllıq və təmkin əsas şərtdir. /Musavat.com/









Mənbə: Turkustan.Az