İDMAN

“PSJ” futbol tarixində ən bahalı transferi həyata keçirə bilər

‎“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “PSJ”nin diqqətini çəkib.

“Report” xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Nəşr iddia edib ki, 23 yaşlı ingilisin transferi üçün Paris klubunun rəhbərliyi 250 milyon avro ödəməyə hazırdır.

Hazırda futbol tarixində ən bahalı transfer yenə “PSJ”yə məxsusdur. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəmişdi.

2023-cü ildə Palmer 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.

Yarımmüdafiəçi “mavi-qaralar”ın heyətində 97 oyun keçirib, bu oyunda 43 qol vurub və 29 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az