Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib
Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyanı istefaya göndərib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Petrosyan bu vəzifəyə 2021-ci ilin dekabrında təyin edilmişdi.
Daha əvvəl KİV-in yaydığı məlumata görə, Petrosyanın həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin idarəedici direktoru təyin edilməsi planlaşdırılır.
Mənbə: Report.Az