DÜNYA

Medinski: Ukrayna Rusiyanın 19 hərbçisinin meyitini qaytarıb

Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib.

“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya daha 1 000 Ukrayna Silahlı Qüvvələrinin əsgər və zabitinin meyitini qaytarıb.

Ukrayna isə Rusiya Silahlı Qüvvələrinin 19 hərbçisinin meyitini qaytarıb.

Mənbə: Report.Az