Kəngərli sakini: Ata ocağıma geri dönürəm
“Yenidən bərpaolunan doğma yurdum Ağdama qayıdıram, ata ocağıma geri dönürəm”.
“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Vüsalə Abbasova söyləyib.
“Bu duyğuları ifadə etmək çox çətindir. Sevinc, qürur və fəxr hissi ilə öz doğma yurdumuza, el-obamıza qayıdırıq. Ən birinci doğmalarımızın məzarını ziyarət edəcəyəm”, – deyə o qeyd edib.
Vüsalə Abbasova həmçinin, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Mənbə: Report.Az