Bakı və Abşeronda ucuz evi haradan almaq olar? – VİDEO
“Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla bilmir”.
Bu sözləri Baku TV-nin “Yeni bir səhər” verilişində əmlak eksperti Elnur Fərzəliyev deyib.
“Həmin evlərin satış qiymətləri 25-100 min manat arasında dəyişir. Düşünürəm ki, yaxın gələcəkdə bu əmlaklar çıxarışla təmin olunarsa, kreditli şərtlərlə satılan zaman ilkin və aylıq ödənişləri minimal olar. Bu da vətəndaşların ev problemini aradan qaldırmış olar”, – deyə o bildirib.
Ekspert ucuz ev almağın yollarından da danışıb.
Mənbə: Turkustan.Az