DÜNYA

BAE Systems lazerlə idarə olunan yeni PUA əleyhinə silahı sınaqdan keçirib

Böyük Britaniyanın müdafiə şirkəti BAE Systems keçən ay Yuta ştatında lazerlə idarə olunan yeni pilotsuz uçuş aparatına (PUA) qarşı silahını sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə firmanın biznesin inkişafı üzrə direktoru Entoni Qreqori məlumat verib.

Onun sözlərinə görə, bu, mövcud iki texnologiyanın birləşməsidir: ağır yüklərin daşınması üçün nəzərdə tutulmuş T-150 pilotsuz uçuş aparatı və APKWS (Advanced Precision Kill Weapon System) lazer bələdçi dəstləri.

Tərtibatçılar “Patriot” zenit-raket sistemlərinin ucuz alternativ kimi təkmilləşdirilmiş drondan kamikadze PUA-larla mübarizə üçün istifadə etməyi təklif ediblər.

Mənbə: Report.Az