DÜNYA

Al Mayadeen: İsrail təyyarələri Suriyanın şimal-qərbindəki hərbi hədəflərə hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün səhər tezdən Suriyanın şimal-qərbində hökumətin hərbi bazalarına zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təyyarələr Latakiya şəhəri yaxınlığında (Dəməşqdən 320 km aralıda) 132-ci motoatıcı briqadanın dislokasiya ərazisinə, Cebladakı 107-ci zirehli briqadanın bazasına zərbələr endirblər. Bu hava hücumlarının nəticələri və mümkün qurbanlar barədə təfərrüatlar açıqlanmır.

Mənbə: Report.Az