“Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində ilk tədbir keçirilib – FOTOLAR
QHT “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində Neftçalada tədbir keçirib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində ilk tədbir Neftçala rayonunda 15 iyul tarixində keçirilib.
QHT.az xəbər verir ki, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib ki, layihə çərçivəsində Neftçala şəhərində tibbi maarifləndirmə tədbiri yüksək səviyyədə keçirildi. Dəstəyə görə hər kəsə təşəkkür edirik. Öncə tədbirdə iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanıldı. Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu. Təlimçi çıxış etməklə bərabər auditoriyanın suallarını cavablandırdı.
Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. İştirakçılara sağlamlıq durumu və tibbi təfəkkürün inkişafı ilə bağlı tövsiyələr edildi. Həmçinin tədbir iştirakçılarına əlavə test vərəqələri sonradan verildi ki, onlar da yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarını və digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər. Bu vasitə ilə yalnız tədbir iştirakçılarını deyil, digər insanların da sağlamlıq üçün tibbi təfəkkürünün inkişafına dəstək göstərmiş olacayıq.
Mənbə: Turkustan.Az