Mürsəl Eminov: “Vətəndaşın qaldırdığı hər bir məsələnin həlli bələdiyyənin diqqət mərkəzindədir”
Mürsəl Eminov: “Vətəndaşın qaldırdığı hər bir məsələnin həlli bələdiyyənin diqqət mərkəzindədir”
“Bu gün Binəqədi bələdiyyəsi rayonda vətəndaş məmnunluğunun həlli istiqamətində ciddi layihələr həyata keçirməkdədir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Vətəndaşlar tərəfindən qaldırıaln məsələlər bələdiyyə iclasının gündəliyinə salınaraq müzakirə edilir. Və bir çox hallarda bələdiyyə üzvlərinin yekdil qərarı ilə qaldırılan məsələlər öz həllini tapır.
Sədr bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşündə Əcəmi Naxçivani küçəsi 1 ünvanında yaşayan sakinlərin ərazidə abadlıq işlərinin görülməsi ilə bağlı etdikləri müraciətə əsasən qeyd olunan ünvanda abadlıq işləri Binəqədi bələdiyyəsinin dəstəyi ilə başlanılmışdır.
Hazırda 2 ədəd söhbətgahın quraşdırılması işləri icra olunur. Yaxın günlərdə söhbətgahların quraşdırılması başa çatdırılacaqdır. Bununla yanaşı ərazidə digər cari təmir işlərinin aparılması da nəzərdə tutulub.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/