İsrafil Hüseynov: “Qanunlara bu dəyişiklliklərin edilməsi bələdiyyələrin üzərinə həm də mühüm vəzifə qoyur“
İsrafil Hüseynov: “Qanunlara bu dəyişiklliklərin edilməsi bələdiyyələrin üzərinə həm də mühüm vəzifə qoyur“
“Bu
günlərdə Azərbaycan Prezidenti bələdiyyələrə aid bəzi qanunvericilik aktlarına
edilən dəyişiklikləri təsdiq etdi, əlavə olaraq icrası ilə bağlı imzaladığı Fərmandan irəli gələn
bəzi məsələlərin həlli birbaşa Bələdiyyələrin
milli assosiasiyalarına tövsiyə olundu” – bu fikriləri Belediyye.infoya Xəzər
rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.
Sədr
bildirib ki, “Bələdiyyələrin vahid informasiya sisteminin” yaradılması bələdiyyələrin
səmərəli fəaliyyətinə söykənən bir addım kimi qəbul edilməlidir. Üstəlik bu sistemin
dövlət informasiya sisteminə əlavə edilməsi bələdiyyə sisteminə göstərilən diqqət
kimi qəbul edilməlidir.
Ən vacib
məqam isə qanunlara edilən dəyişikliklər
bələdiyyələrin maliyyə fəaliyyətində üzləşdikləri problemlərin aradan
qaldırılmasında, ümumiyyətlə prosesin tənzimlənməsində, həmçinin bələdiyyələrdə
şəffaflıq prinsiplərinin qorunmasında, o
cümlədən neqativ halların qarşısının alınmasında mühüm rolu olacaqdır.
Qəbul
edilən qanunlar, qanunların icra mexanizmlərinin təsdiqi nəticə etibarı ilə bələdiyyələrin
üzərinə həm də mühüm vəzifə qoyur və məsuliyyəti yükünü bir
qədərdə artırmış olacaq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/