DÜNYA

Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “E1.ru” məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

Mənbə: Report.Az