“Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması” layihəsi davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai birliyi ‘’Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması’’ layihəsi davam edir. Layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova bizimlə əlaqə saxlayaraq bu məlumatları çatdırdı: “12 iyul 2025-ci il tarixində 1992-ci ildə ildə Daşaltı əməliyyatında itkin düşən şəhidimiz Cəbrayılov Həmid Yaşar oğlunun ailəsində oldum. Həmid də subay idi. Ata-anası dünyasını çoxdan dəyişib. Ailə üzvülərindən bacısı Səadət xanım, qardaşı Saleh müəllimlə görüşüb söhbət etdim. Cəbrayılov Həmid könüllülər batalyonunda vuruşub və nəşi bir çoxları kimi hələ də tapılmayıb. Cəbrayılov Həmid və digər dörd şəhidimiz haqda nəzərdə tutulan “Şirin ömür payım vətənə qurban” kitabının hazırlıq mərhələsi bitdi. Artıq topladığım məlumatlar əsasında nəşriyyatla birgə yazıların hazırlıq mərhələsinə keçdim. Məlumatların toplanmasında köməyini əsirgəməyən şəhid ailələrinə təşəkkür edirəm”.