“Araz-Naxçıvan”ın rəqibi heyətini yeni futbolçularla gücləndirib
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçularla gücləndirib.
“Report” Yunanıstan təmsilçisinin mətbuat xidmətinə istinadəın xəbər verir ki, Uroş Raçiç və Alvaro Teyero heyətə cəlb edilib.
İtaliyanın “Sassuolo” klubundan transfer olunan 27 yaşlı Raçiçlə 4 illik müqavilə imzalanıb. Ötən mövsümü “Espanyol”da keçirən 28 yaşlı Teyero ilə anlaşmanın müddəti isə 2 illikdir.
Serbiyalı U.Raçiç yarımmüdafiəçi, ispaniyalı A.Teyero isə müdafiəçidir.
Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə baş tutacaq.
Mənbə: Report.Az