Xanyurdu kənd sakini: Doğma yurduma qovuşacağım günü səbirsizliklə gözləyirdim
“Doğma yurduma qovuşacağım günü səbirsizliklə gözləyirdim”.
“Report” xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Gündüz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, dövlətin diqqəti və qayğısı hər yerdə hiss olunur:
“İşğaldan azad edilən toprpaqlarımız yenidən qurulur, inkişaf edir. Bizə doğma yurda qayıdış sevincini yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, – deyə o bildirib.
Mənbə: Report.Az