“Turan Tovuz” azərbaycanlı futbolçunun çıxış etdiyi komanda ilə üz-üzə gələcək
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.
“Report” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 19-da Türkiyənin I Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Çorum”da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.
Mənbə: Report.Az