Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər
Rusiya Dövlət Dumasının deputatları əmək miqrantları üçün əlavə tibbi tələblər haqqında qanun layihəsi hazırlayıblar.
“Report” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov məlumat verib.
Layihədə əcnəbilərdən Rusiya Federasiyasına daxil olarkən tibbi sığorta, immunçatışmazlığı virusu, B/C hepatiti, sifilis və vərəm (10 gün müddətində etibarlılıq müddəti) və narkotik vasitələrin olmamasını (72 saat müddətində) müəyyən edən testlər təqdim etmələri təklif edilib.
Təşəbbüs müəllifləri hesab edirlər ki, bu, ölkənin səhiyyə sisteminin yükünü azaldacaq. Hazırda miqrantların giriş üçün yalnız tibbi sığorta tələb olunur.
Mənbə: Report.Az