İDMAN

“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qələbə ilə başlayıb

“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, İsveçdə təşkil olunan yarışın I turunun matçına çıxan komanda yerli “Myallbu” ilə görüşüb.

“Qarabağ” bu qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.

Mənbə: Report.Az