GÜNDƏM

“Narkomaniya əleyhinə səfərbərlik” layihəsi icra mərhələsində

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya əleyhinə səfərbərlik” layihəsi çərçivəsində “TƏQDİR” adlı vidio-çarxın çəklişi icra mərhələsindədir.

QHT.az xəbər verir ki, layihə Ümummilli liderimiz Heydər Əliyevi 15 iyul 2000-ci il tarixli Fərmaını və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramına ” əsaslanır.

“Narkomaniya əleyhinə səfərbərlik” layihə çərçivəsində “TƏQDİR” adlı vidio -çarxın əsas məqsədi uşaq və yeniyetmələri və onların valideynlərini nakomaniyanın zərərləri barədə erkən zamanda məlumatlandırmaqdı r- deyə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.

O, qeyd edib ki, layihənin icrasının ssenari üzrə vidio-çarx çəkilişləri gedir. İxtisaslı rejissor Zirə qəsəbə Zirə Mədəniyyət Mərkəzinin direktoru Röyal Cəbiyev şəxsi münasbətdə olduğu texniki və aktiyor heyəti layihənin icrasına təmənnasız xüsusi dəstək olurlar. Layihə üzrə “TƏQDİR” adlı çəkilən 10-12 dəqiqəlik vidio-çarxın çəkilişləri məsuliyyətlə həyata keçirilməkdədir.

Beləki, layihə üzrə mövzu bu günkü gün cəmiyyətin hər bir nəslinin maraq dairəsindədir. Gələcəyin sağlam vətəndaşını böyüdüb tərbiyyə etmək əsasən valideyn və müəllimlərin məsuliyyətindədir. Sözügedən vidio-çarx uşaq və yeniyetmələrin həyatını düzgün istiqamətləndirmələrinə təsiri olacaq. Hətta valideyinlərin övladlarına qarşı diqqət və qayğısını artıracaqdır.









Mənbə: Turkustan.Az