Keçmiş məcburi köçkün: Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram
“Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram”.
“Report” xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Elbrus Abbasov deyib.
O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır.
Elbrus Abbasov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyulub”.
Mənbə: Report.Az