Hər gün sağılmaq daha ağırdır, qadınlar məni başa düşdü – Video
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün DİM-də keçirilən mətbuat konfransı zamanı açıqlaması ilə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, o, baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala maraqlı cavab verib.
“İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər”.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Mənbə: Turkustan.Az