Fərid Cəfərov: “Fəaliyyətim dövründə DSMF borcunun olmamasına çalışıram”
Fərid Cəfərov: “Fəaliyyətim dövründə DSMF borcunun olmamasına çalışıram”
Sonuncu seçkidən sonra Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin
hansı səmtdə inkişaf edəcəyi mənim üçün maraqlı idi. Son 15 il ərzində bank
hesabı bağlı olan, üstəlik DSMF-yə kifayət qədər borcu olan bir bələdiyyənin
ayaq üstə dayanması sözsüz ki, məni, özü də tək
məni yox, bütün maraqlı tərəfləri narahat edən bir məsələ idi.
Artıq yeni seçilən sədrin bir növ “yüz toxunulmazlıq
günü” də tamam olmuşdu. Odur ki, bələdiyyəni
ziyarət etmək qərarına gəldim. Həmişə olduğu kimi, xəbər etmədən. Belə bir vaxtda sədrə veriləsi çoxsaylı
suallarım var idi.
Qeyd edim ki, yeni seçilən sədr Fərid Cəfərov əvvəl dövlət
qulluğunda çalışıb. Bu dəfə isə seçki prosesində iştirak etnək qərarına gəlir. Və nəticədə qaliblər
sırasında olmağı bacarır.
Sonradan isə üzvlər bu gənc kadra etimad göstərərək onu sədr seçiblər.
Beləliklə, seçkidən təxminən beş ay sonra Biləcəri bələdiyyəsini
ziyarət edirəm. Kabinetinə daxil olanda
isə otaqda artıq bir hərbçi var idi. Söhbətə mane olmadan görüşüb, məndə söhbətə
qoşuluram. Söhbətin hansı mövzudan getdiyini hiss etdiyimdən hərbiçi
qardaşımızın qaldırdığı məsələyə məndə obyektiv cavab verməyə çalışıram. Hiss
olunurdu ki, hərbiçi qardaşımıza vəziyyəti “köhnə abu-havaya” uyğun
başa salıblarmış. Nə isə…
Sədr Fərid Cəfərovla söhbətə başlayıram. Söhbətimiz, gözləmədiyim halda bir saatdan artıq çəkir. Onu da əlavə edim
ki, binaya girişdən artıq bələdiyyədə abu-havanın istiqamətinin tamam dəyişdiyini
hiss etmək olar.
“Məqsədimiz üç il ərzində bələdiyyənin əvvəlki illərdə
yaranmış DSMF borcunu bağlamaqdır”-sədrin məhz bu fikirlə söhbətə
başlaması diqqətimi çəkdi. Çünki illər əvvəl yaranmış bu problemin həlli mənə də
maraqlı idi.
– Bunun üçün Biləcəri bələdiyyəsi konkret təsdiq edilmiş
proqrama uyğun hərəkətə keçib. Az müddət ərzində 30 min manatlıq əməkhaqqı
borcu və DSMF-nin 15 min manatlıq cari borcunu bağlamışıq.
Yəni bu gün bələdiyyənin DSMF borcununun artmasına imkan
vermirik. Vergi xidmətinin əməkdaşları qəsəbə
ərazisində monitorinqləri davam etdirir. Yeni yaranan, əvvəlki illərdə unudulan
vergi ödəyiciləri siyahılaşdırılır.
Sədr qeyd edir ki, bələdiyyənin büdcə gəlirlərində son üç ay
ərzində 20 faizlik artım müşahidə edilir. Ötən il ərzində illik 400 min manat vergi toplanılmışdı. Bu artımla gedə
bilsək cari ildə 500 min manatlıq büdcə gəliri əldə edə biləcəyik.
Sədr söhbət zamanı müqayisəli şəkildə rəqəmlərə də toxunmağı
unutmur. Mart ayında ötən illə müqayisədə, cari ildə 16 faiz, ötən ilin aprel
ayı ilə müqayisədə, cari ildə 22 faiz, ötən ilin may ayı ilə müqayisədə, cari ilin may ayında
23 faizə yaxın büdcəyə əlavə vəsait
daxil olub.
Sədr pandomiya
dövründə istifadə olunmayan suvbensiya layihəsinə ayrılan məbləğin bələdiyyənin
borcu kimi hesablanmasının məhkəmə qaydasında ləğv edilməsini əvvəlki rəhbərliyin
müsbət addımı kimi qeyd etməyi də unutmadı.
Sədr bildirir ki, fəaliyyətim dövründə DSMF borcunun
olmamasına çalışıram.
Bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış borcun
bağlanılması üçün ciddi addımlar atılmaqdadır.
Birincisi otelllər və dayanacaqlardan maliyyə cəlb edilməsi
üçün, bələdiyyə iclasının qərarı ilə normativ-hüquqi akt tərtib edilərək Ədliyyə
Nazirliyinin
Qanunvericilik
Baş idarəsinə təsdiq üçün göndərilib. Bu normativ akt hüquqi sənəd kimi öz təsdiqini tapsa, qəti
əminik ki, həm ərazidə olan dörd oteldən və həm də ərazidə olan
saysız-hesabsız dayanacaqlardan mütəmadi olaraq rüsumlar bələdiyyə büdcəsinə
daxil olacaqdır.
Aparılan araşdırmalar göstərir ki, ay ərzində qəsəbə ərazisində
60-65 min manat maliyyə vəsati toplamaq şansımız var. Lakin bugünədək bələdiyyə
mülkiyyətinə torpağın və əmlakın verilməməsi, xəritələri müəyyən edilməməsi, ərazidə
olan əmlakın 60 faizə yaxın bir hissəsinin sənədinin olmaması fəaliyyətimizə
ciddi problemlər yaratmaqdadır. Hazırda ay ərzində 40 min manat toplayırıq,
lakin hədəfimiz bu rəqəmi 45-50 minə çatdırmaqdır. Müşahidələr göstərir ki, üzləşdiyimiz
müəyyən problemlər öz həllini taparsa ay ərzində hətta 55-60 min manat əldə edə
bilərik. Lakin bu rəqəmə çatmaq üçün hələ çox işləməliyik.
Sədr
qeyd edir ki, BAMS -ın verdiyi imkandan yetərincə yararlanırıq. Amma əvvəlcə
proqramda bizə aid olan olan
boşluqlarımızı aradan qaldırmağa çalışırıq. BAMS-ın Əmlak Məsələləri Dövlət
Xidmətinin məlumat sisteminə inteqrasiya olunması hesabına 400 çıxarış almışıq və daha 1000-nin alınması üzərində iş gedir.
Bu gün qəsəbədə inventarlaşdırma aparılır və proses hələ
davam edir. Bu gün vergi-uçot sistemində mövcud olmuş boşluqlar aradan
qaldırılır...
***
Görünən
odur ki, yeni seçilmiş sədr fəaliyyət
proqramına uyğun hərəkət edir və belə
davam edərsə, sədr hədəfinə
çatmaqla yanaşı, həm də bələdiyyənin borclarını bağlamaqla
“tarixi bir hadisəyə” imza ata biləcək. İnanıram sədrin
formalaşdırdığı kollektiv onun bu məqsədə çatmasına öz dəstəyini əsirgəməyəcək. Ona da inanıram ki, sədrin vaxtı ilə çalışdığı Binəqədi RİH-də bələdiyyəyə
dəstəyini əsirgəməməklə, bu qurumun üzləşdiyi çətinliklərin həllində bundan
sonra da öz töhfəsini vermiş olacaqdır.
Beləliklə,
bələdiyyədən böyük ümidlə ayrılıram. Bütün
hallarda bizə yalnız kollektivə uğurlar arzulamaq qalır.
Vüqar
Tofiqli
Belediyye.info
Mənbə: Meneviyyat.Az/