SİYASƏT

Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib

Milli Məclisin deputatı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib.

“Report” xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb.

O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək.

“Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, – o vurğulayıb.

Mənbə: Report.Az