İDMAN

Azərbaycanın daha bir futbolçusunun Qırğızıstan klubuna keçidi rəsmiləşib

Qırğızıstanın “Abdış-Ata” komandası daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

“Report”un məlumatına görə, yarımmüdafiəçi İlkin Muradov klubla müqavilə imzalayıb.

Qeyd edək ki, İlkin Muradov son olaraq “Səbail”də çıxış edib. “Abdış-Ata” daha əvvəl Mirabdulla Abbasovu transfer edib.

Mənbə: Report.Az