DÜNYA

Trampa qarşı istintaqlara cəlb olunan 20 ədliyyə əməkdaşı işdən çıxarılıb

ABŞ-ın ədliyyə naziri – baş prokuror Pem Bondi prezident Donald Trampla bağlı istintaqları aparmaqda keçmiş xüsusi prokuror Cek Smitə kömək edən ən azı 20 nəfəri işdən azad edib.

“Report”un məlumatına görə, bu barədə “ABC News” telekanalı öz mənbələrinə istinadən bildirib.

Bildirilir ki, işdən çıxarılanlar arasında həm prokurorlar, həm də məhkəmə proseslərində əhəmiyyətli rol oynamayan sadə köməkçilər olub.

Telekanalın iddiasına görə, onların xidmətdən kənarlaşdırılmasına Bondi tərəfindən fevralda təsis edilmiş xüsusi işçi qrupunun fəaliyyəti səbəb olub. Onun əməkdaşları Trampa qarşı istintaqlarda siyasiləşdirilmiş motivlərin olub-olmadığını təhlil etməli idilər. Smit əvvəllər məxfi sənədlərin lazımi qaydada saxlanılmaması ittihamları ilə, həmçinin Trampın 2021-ci ilin yanvarında prezident seçkilərində məğlubiyyətinə baxmayaraq, hakimiyyəti qoruyub saxlamaq üçün ehtimal olunan cəhdi ilə bağlı işlər qaldırıb. Nəticədə Trampa qarşı hər iki araşdırma dayandırılıb.

2025-ci ilin yanvarında Smit Ədliyyə Nazirliyinin sıralarını tərk edib.

Mənbə: Report.Az