Kondisioner bu xəstəliklərə səbəb olur – XƏBƏRDARLIQ
Yay fəslində havanın temperaturunun yüksək olmasına baxmayaraq, insanların səhhətində bir sıra problemlər özünü göstərir.
İnsan orqanizmində baş verən bu dəyişikliklərin yaranmasının bir səbəbi də yay fəslində daha çox istifadə edilən kondisionerlərdir.
Belə ki, bu mövsümdə istər nəqliyyat vasitəsi, istər ofislər, istərsə də evlərdə kondisionerlərdən daha çox istifadə edirlər. Kondisionerin yaydığı soyuq hava dalğası insanlara xoş təsir bağışlasa da o, bir sıra xəstəliklərə yol açır.
Türkiyənin fiziki müalicə və reabilitasiya mütəxəssisi Prof.Dr. Şəfəq Sahir Karamehmetoğlu kondisioner şoku (vurması) xüsusilə yay aylarında baş verən, ondan istifadə edərkən müəyyən tədbirlər görülmədikdə özünü göstərən bir sağlamlıq problemi olduğunu deyir:
“İsti havada sərinləmək üçün istifadə edilən kondisionerlər bəzən bədən istiliyinin sabit saxlanılmasında problemlər yarada bilər. Ətraf mühitin temperaturu aşağı düşəndə bədən istiliyimizi saxlayan mexanizmlər əlavə səy göstərməli olur. Nəticədə müəyyən əlamətlər yarana bilər”.
“Kondisioner şokunun ən mühüm səbəblərindən biri kondisionerdən düzgün istifadə edilməməsidir. İdeal mühit temperaturu 22 dərəcə selsidir. Kondisioner zərbəsi 20 dərəcə selsidən aşağı və ya 24 dərəcədən yüksək olan mühitlərdə baş verə bilər”, – deyə Şəfəq Sahir Karamehmetoğlu əlavə edib.
O bildirib ki, kondisionerlərdən istifadə edərkən təlimata əməl edilməlidir:
“Ətraf mühitin ideal temperatur və rütubət səviyyələrinə uyğun tənzimlənməsi lazımdır. Kondisionerdən gələn havanın birbaşa bədənə yönəldilməməsi, kondisionerin qarşısında uzun müddət qalmaması və balanslı soyutma təmin edilməsi vacibdir. Kondisioner şokunun simptomları insandan insana fərqli olsa da, baş ağrısı, burun axması, öskürək və yüksək hərarət ümumi əlamətlərdir. Bundan əlavə, əzələ ağrıları da baş verə bilər”.
Professor kondisioner şokundan qorunmaq üçün də təkliflər verib:
“Kondisioneri 21-22 dərəcə selsidə iki saat işlək vəziyyətdə saxlamaq və sonra onu söndürmək havanın keyfiyyətinin pisləşməsinin və kondisionerin şokunun qarşısını almağa kömək edə bilər.
Kondisionerdən gələn havanı birbaşa bədənə yönəltməkdən və kondisionerin qarşısında oturmaqdan və ya uzanmaqdan çəkinin. Kondisioner filtrlərinin mütəmadi olaraq dəyişdirilməsi havanın keyfiyyətinin pisləşməsi riskinin qarşısını alır. Kondisioner tövsiyə olunan müddətdə işlətdikdən sonra söndürülməli, təmiz havanın daxil olması üçün otaqdakı pəncərələri açmaq lazımdır”.
Qeyd edək ki, ölkəmizdə hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar vətəndaşlar kondisionerdən daha çox istifadə edirlər. Ancaq unutmaq olmaz ki, kondisionerin gətirdiyi soyuq hava insan orqanizmi üçün başqa fəsadların açarıdır. /Cebheinfo.az/
Mənbə: Turkustan.Az