BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Ağalıq bələdiyyəsi olaraq  sakinlərə xidmət etməkdən qürur duyuruq”

Bələdiyyə sədri: “Ağalıq bələdiyyəsi olaraq  sakinlərə xidmət etməkdən qürur duyuruq”

“Ağalıq bələdiyyəsi olaraq  sakinlərə xidmət etməkdən qürur duyuruq. Hər atdığımız addım məhz seçicilərin sosial- rifah halının yaxşılaşdırılmasına yönəlib” – bu fikirləri Belediyye.infoya Şabran rayonu Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib. 

Sədr bildirb ki, hazırda fəaliyyətimizin əsas istiqamətlərindən biri ərazidə təmizlik işlərinin aparılmasına nail olmaqdır. Təzəkənd və Ağalıq kəndlərində maşın-mexanizmlərin dəstəyi ilə ərazidə təmizlik işləri aparılmaqdadır. 

Təzəkənd qəbirstanlığında zibil quyular təmizlənərək genişləndirilib. O cümlədən hər iki kənd ərazisində yeni tullantı quyuları qazılaraq istifadəyə hazır vəziyyətə gətirilib.

Bununla yanaşı ərazilərə küçə və məhəllələrdə olan zibil tullantıları daşınaraq təmizlənib. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/