SƏHİYYƏ

Banan qanı qatılaşdırır – Tromb yaradan qidalar

Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır.

Turkustan.az Medicina.az-a istinadən xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəzi sağlam qidaların potensial qan qatılaşdırıcı olmasını bildirib.

Həkim xatırladıb ki, qanın qatılaşması damarların tıxanması riskini artırır, ən vacib orqanlara – ürək və beyinə qan tədarükünün pozulmasına gətirib çıxarır. Bu cür pozuntuların nəticələri insult və infarkt ola bilər. Xüsusən yaşlılar üçün zərərli məhsulların adları çəkilib.

“Qanın maye komponenti var – plazma və formalaşmış elementlər. Onların arasındakı tarazlıq qanın nə qədər duru və ya qatı olduğunu müəyyən edir. Qan qatılaşması plazma miqdarının azalması ilə əlaqədardır”, – həkim qeyd edib.

Qatılaşmanı artıran qidalar:

Kartof, banan, şəkər, bütün şirniyyatlar, alkoqol, qazlı içkilər, bəzi göyərtilər: cəfəri, şüyüd, qoz.

Ateroskleroz, diabet, varikoz damarları kimi xroniki pozğunluqları olanlar bu məhsulları məhdudlaşdırmalı və ya tamamilə istisna etməlidir.









Mənbə: Turkustan.Az