ABŞ-ın baş prokuroru COVID-19 ilə bağlı dələduzluq işini bağlayıb
ABŞ-ın baş prokuroru Pem Bondi Yuta ştatından olan həkimə qarşı işi dayandırıb. Həkim COVID-19 peyvənd sertifikatlarını saxtalaşdırmaqda və 28 min dollardan çox dəyərində dövlətə məxsus peyvəndləri məhv etməkdə ittiham olunurdu.
“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi yazır.
Agentlik dəqiqləşdirir ki, Mur 2023-cü ildə valideynlərin xahişi ilə yetkinlik yaşına çatmayanlara COVID-19 peyvəndi əvəzinə fizioloji məhlul inyeksiya edib.
Mənbə: Report.Az