SİYASƏT

Zaxarova: Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır

Rusiya Azərbaycanla hüquq-mühafizə strukturları xətti ilə işçi əlaqə saxlayır.

Report“un Rusiya bürosunun məlumatına görə, bunu brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, yaranan məsələləri siyasi-diplomatik yolla həll etmək lazımdır.

“Belə mövzulara təmkinli və məsuliyyətli yanaşmağın, qarşılıqlı hörmət və hüquqi mexanizmlərin rəhbər tutulmasının vacibliyini vurğulayırıq”, – deyə o, qeyd edib.

Mənbə: Report.Az