BƏLƏDİYYƏ

Yasamal bələdiyyəsində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi

Yasamal bələdiyyəsində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi

Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə 15 İyun- Milli Qurtuluş Günü münasibətilə xüsusi qayğıya v ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.

Tədbirdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını çatdıraraq 15 İyun- Milli Qurtuluş Günü münasibətilə iştirakçıları  təbrik etdi. 

Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bayram münasibətilə uşaqları təbrik  etmiş və ən xoş arzularını çatdırmışdır. Bayram münasibətilə uşaqlar üçün  nahar süfrəsi açılmışdır. Əlilliyi olan şəxslərə sosial dəstək ictimai birliyinin sədri Təranə Musayeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən  diqqət və qayğıya görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyənin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirmişdir.

 Yasamal bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/