Polşada fırtına və daşqınlar nəticəsində bir sıra evlər dağılıb
Fırtınalar və güclü küləklər Polşada binaların dağılmasına və ağacların aşmasına səbəb olan daşqına səbəb olub.
“Report”un xəbərinə görə, bu barədə iyulun 7-də “Gazeta.pl” portalı məlumat yayıb.
Polşanın bir çox bölgələrində çoxlu dağıntılar olub. Boxnya və Bjesko bölgələrində fırtına səbəbindən ağaclar aşıb və lokal daşqın baş verib. Həmçinin bir sıra binaların damları da zədələnib”, – portalın məlumatında deyilir.
Karpatətrafı voyevodluğun sakinlərinin elektriksiz qaldıqları da bildirilir.
“Yanğınsöndürənlər qırılan budaqları və ağacları yollardan, səkilərdən, evlərdən və elektrik xətlərindən təmizləyiblər”, – portal bildirib.
Mənbə: Report.Az