MƏDƏNİYYƏT

Bakıda 1811-ci ildə Venesuelada baş verən hadisələr haqqında film təqdim edilib

Bakıda Venesuelanın 1811-ci il iyulun 5-də başlayan azadlıq mübarizəsinə həsr olunmuş “Venesuelanın mənşəyi” adlı Azərbaycan dilində subtitrlərlə audiovizual sənədli filmin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, təqdimat Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub və ölkənin müstəqilliyinin elan edilməsinin 214-cü ildönümünə həsr edilib.

Venesuelanın Bakıdakı səfiri Kristofer Martinez tədbirdə giriş nitqi ilə çıxış edərək Venesuela xalqı və Prezident Nikolas Maduronun adından səmimi təbriklərini çatdırıb, ölkəsinə göstərilən dəstək və dostluğa görə təşəkkürünü bildirib.

Səfir xatırladıb ki, 1811-ci il 5 iyul Venesuela tarixində taleyüklü olub – məhz həmin gün Venesuela Latın Amerikası ölkələri arasında ilk olaraq İspaniya imperiyasından rəsmi müstəqilliyini elan edib.

Mənbə: Report.Az