2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
2025-ci ilin yanvar-mart ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,7 faiz azalaraq 102587,3 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 4070,9 manat təşkil etmişdir.
Məhsulun 11639,3 min manatı sənaye sahəsində, 1554,1 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 88235,7 min manatı tikinti sahəsində, 145,8 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 73,5 min manatı informasiya və rabitə sahəsində, 938,9 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
Asəf Mikayılov
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Mənbə: Meneviyyat.Az/