İDMAN

Naxçıvanlı karateçi beynəlxalq turnirdə gümüş medal qazanıb

Naxçıvanlı karateçi Rafiq Hüseynli (70 kq) beynəlxalq turnirdə gümüş medal qazanıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində keçirilən “VI Gemlik Uluslararası Karate Turnuvası”nda fərqlənib.

Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.

Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” Karate-do İdman Klubunun üzvü olan R.Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14-15 yaş kateqoriyası üzrə gümüş medala layiq görülüb.

Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkəmiqyaslı yarışların qalibi və mükafatçısıdır.

Mənbə: Report.Az