BƏLƏDİYYƏ

Şuşa rayonunda Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir

Şuşa rayonunda Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir

 17.03.2025-ci il tarixində Şuşa Rayon İcra Hakimiyyətinin
İnzibati binasında rayonun aqrar sektronun inkişafına statistik  baxış və bu il keçiriləcək kənd təsərrüfatı
siyahıyaalınmasına dair yığıncaq keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra
Hakimiyyəti Başçısı Bayram Səfərov, Yardım komissiyasının sədri, Şuşa Rayon
İcra Hakimiyyəti başçısının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları
ilə iş şöbəsinin müdiri Qalib Kazımov və digər komissiya üzvləri, ərazi İcra
nümayəndələri  iştirak etmişdilər.

 

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbiri
açaraq mövzu ilə bağlı fikirlərini bildirmişdir. Sonra Komissiyanın sədri Qalib
Kazımov və Şuşa  Rayon Statistika İdarəsinin
rəisi Anar Xəlilov çıxış edərək yığıncaq iştirakçılarının nəzərinə 2025-ci ilin
iyul-avqust aylarında Şuşa rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıya
alınması ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı məlumatları
görüş iştirakçılarının nəzərinə çatdırdılar. Çıxışçılar iclas iştirakçılarının
nəzərinə siyahıyaalınmanın keçirilməsi forması, tarixi, təlimatçı nəzarətçilərin
və sayıcıların seçilmə qaydası, o cümlədən qəbul edilmiş normativ hüquqi aktlar
barədə geniş məlumat verdilər. Yığıncaqda qarşıya qoyulan vəzifələrlə bağlı
geniş müzakirələr aparıldı və müvafiq tapşırıqlar verildi.

Mənbə: Meneviyyat.Az/