DİASPOR

Rusiyada yaşayan soydaşımızın yeni kitabı işıq üzü görüb

Rusiyada yaşayan soydaşımız İmran Abdinovun “Rusiya imperiya ordusunun Azərbaycan alayı” kitabı işıq üzü görüb. Kitabda Birinci Dünya müharibəsində qafqazlılardan ibarət “Vəhşi diviziya” kimi tanınan süvari diviziya və onun Azərbaycan alayı haqqında söz açılır. Kitab AMEA Tarix və Etnologiya İnstitutunun qərarı ilə çap olunub.
Elmi araşdırmada əsasən Rusiya arxivlərinin materiallarından geniş istifadə edilib.
Kitab Azərbaycan oğullarının Birinci Dünya müharibəsində iştirakı barədə aparılan araşdırmalara bir töhfədir.