“Bild”: “Bavariya”nın oyunçusu Musiala oyunları 5 ayadək buraxa bilər
“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala klublararası dünya çempionatının 1/4 finalında Fransanın “Pari Sen-Jermen”i ilə matçda aldığı zədə səbəbindən oyunları 5 aya qədər buraxa bilər.
“Report”un məlumatına görə, bu barədə “Bild” qəzeti yazıb.
Mənbənin bildirdiyinə görə, Musialanın sol ayağının sümüyü sınıb. Bərpa müddəti dörd aydan beş aya qədər davam edə bilər.
PSJ – “Bavariya” matçı parislilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissənin sonunda Musiala PSJ-nin qapıçısı Canluici Donnaruma ilə toqquşma nəticəsində ayağından ciddi zədə alıb və oyunu davam etdirə bilməyib. Alman futbolçunu meydançadan xərəkdə çıxarıblar.
Mənbə: Report.Az