Bələdiyyə sədri: “Layihələri icra etməkdə məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”
Bələdiyyə sədri: “Layihələri icra etməkdə məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir”
“Bələdiyyə olaraq əsas vəzifəmiz seçicilərimizə xidmətdən keçir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov deyib.
Sədrin sözlərinə görə, bu gün BAMS proqramının yaratdığı şəraitdən istifadə edərək büdcə gəlirlərimizi artırmaqla həm də qəsəbədə abadlıq işlərini diqqətdə saxlayırıq.
Sədr deyib ki, belə layihələrdən birini bu yaxınlarda başa çatdırdıq. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakixanov bələdiyyəsi tərəfindən 02 iyun 2025-ci il tarixində yollarin estetik görünüşünün bərpasi və təhlükəsizlik baxımından, Bakixanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən piyada səkisi boyunca çəkilmiş hasara yeni məhəccərlər quraşdırılmışdır. Artıq iki iyun tarixində başlanan layihəyə yekun vurulub.
Küçə boyu quraşdırılan məhəccərlər, həm də sakinlərin ürəyincə olub.
Sədr bildirib ki, vətəndaş müraciətlərini diqqətdə saxlamaqla, edilən hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addımlar atılır.
Layihələri icra etməkdə məqsədimiz həm də qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/