Bələdiyyə sədri: “Problemi anlayırıq və bu istiqamətdə çalışırıq”
Bələdiyyə sədri: “Problemi anlayırıq və bu istiqamətdə çalışırıq”
“16.04.2025-ci
ildə yağan yağışlar Xaçmaz rayonu İstisu
bələdiyyəsinin ərazisində böyük fəsadlar yaratmışdı”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Mahir Tariverdiyev deyib .
Sədr
qeyd edib ki, yağıntının həcminin böyük olması İstisu bələdiyyəsinin, Şimali,
Nabran, Aşağıoba, Sahillər, Xuray və İstisu kəndlərində böyük problemlərin
yaranması ilə nəticələnmişdir.
İstisu
bələdiyyəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə səyləri nəticəsində əraziyə
xüsusi texnika cəlb edilmiş və problemin həll olunmasında qismən irələyiş
olmuşdur.
Hal-hazırda
da problemlərin həlli istiqamətdə İstisu
bələdiyyəsi və İcra nümayəndəlikləri ilə birgə fəaliyyətlər davam edir.
Sədr
sonda sakinlərə də müraciət etməyi unutmayıb: “Hörmətli sakinlər! Problemi anlayırıq və bu
istiqamətdə çalışırıq. Növbəti günlər ərzində fəsadı tamamilə aradan qaldırmağa
çalışacağıq.”
Belediyye.info
Mənbə: Meneviyyat.Az/