İDMAN

Klublararası dünya çempionatında ilk yarımfinalçı məlum olub

Klublararası dünya çempionatının 1/4 finalında Braziliyanın “Fluminense” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna 2:1 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşma Orlandoda (Florida, ABŞ) baş tutub.

Qaliblərin qollarını Mateus Martinelli (40-cı dəqiqə) və Erkules (70) vurub. “Əl-Hilal”ın futbolçusu Markos Leonardo (51) fərqlənib.

“Fluminense” turnirin yarımfinalına yüksələn ilk komanda olub. “Fuluminense”nin yarıminaldakı rəqibi “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) gürüşünün qalibi olacaq.

1/8 finalda “Fluminense” Çempionlar Liqasının 2024/25 mövsümünün finalçısı İtaliya “İnter”ini 2:0 hesabı ilə məğlub edib. “Əl-Hilal” bu mərhələdə İngiltərənin “Mançester Siti”sindən güclü olub.

Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir. Turnirdə 32 komanda mübarizə aparır. Final iyulun 13-də keçiriləcək.

Mənbə: Report.Az