Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib
“Ədalətli Rusiya – Həqiqət uğrunda” (ƏRHU) partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların yoxlanılması tələbi ilə müraciət göndərib.
“Report”un məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verir.
“Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm”, – müraciətdə deyilir.
S.Mironov xüsusilə “Sadovod” və “Fud Siti” ticarət komplekslərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanılmasının zəruriliyini qeyd edib.
Mənbə: Report.Az