Layihə Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
Layihə Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev adına İdman Sarayı-Konsert Kompleksi”ndə uşaqlar üçün əyləncəli tədbir təşkil edilmişdir.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
“Suveren Azərbaycanın müstəqil övladları” mövzusunda baş tutmuş tədbirdə, şəhid və qazi ailələrindən, aztəminatlı ailələrdən, eyni zamanda qəsəbə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən təhsil alan şagirdlər olmaqla ümumilikdə 50-ə yaxın uşaq iştirak etmişdir.
Tədbir zamanı, uşaqlar buz meydançasında maraqlı vaxt keçirmiş, könüllü buzüstü sürüşçülərin müşayiəti ilə öz bacarıqlarını sınamışdırlar. Həmçinin, İdman Sarayı-Konset Kompleksində mövcud olan digər oyun növlərindən də istifadə etmişdirlər. Sonda, Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Fərid Cəfərov tədbirin ərsəyə gəlməsində əməyi keçən əməkdaşlara təşəkkürünü bildirmiş, uşaqları birdaha bayram münasibəti ilə təbrik etmiş və onlara xoş arzularını çatdırmışdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/