DÜNYA

Kobaxidze Aİ-ni Gürcüstana təzyiqdə ittiham edib

Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşmasını gözləyir, Brüssel isə təzyiq göstərməyə davam edir.

“Report”un məlumatına görə, bunu “İmedi” telekanalının efirində Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Avropa bürokratlarının xalq tərəfindən seçilmiş hakimiyyətə bugünkü münasibəti “Gürcüstana təzyiqlərin davamıdır”.

“Radikal müxalifətin liderləri Avropa bürokratlarının agentləridir. Məhz bu bürokratlar radikallara seçkilərdə qazandıqları deputat mandatlarını götürməyi qadağan ediblər”, – deyə baş nazir vurğulayıb.

Bununla yanaşı, hökumət başçısı qeyd edib ki, buna baxmayaraq, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşması üçün “strateji gözləmə” rejimində qalır: “Ümid edirik ki, perspektivdə Avropa İttifaqında Gürcüstana münasibətdə müəyyən dəyişikliklər baş verəcək”.

Mənbə: Report.Az