DÜNYA

İrəvanda kütləvi yürüşlərlə əlaqədar MTX binasında təhlükəsizlik gücləndirilib

İrəvanda kütləvi yürüşlərlə əlaqədar polis Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yerləşdiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

Hazırda Ermənistanın paytaxtında hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan həbs edilmiş biznesmen Samvel Karapetyana dəstək aksiyası keçirilir. Yürüş iştirakçıları MTX-in binasına doğru gedirlər.

Mənbə: Report.Az