Bələdiyyə sədri: “BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq”
Bələdiyyə sədri: “BAMS-ın verdiyi imkandan yararlanmaqla büdcə gəlirlərimizi artırmağa çalışırıq”
“Artıq fəaliyyətimizin 100 günü tamam olur. Ötən günlərdə buraxılan səhvlərdən nəticə cıxarmaqla fəaliyyətimizi qurmağa çalışırıq”- bu fikriləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib.
Sədrin sözlərinə görə, 100 gün ərzində əsas addımlarımızdan biri bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirmək oldu. İlk olaraq qəsəbə ərazisində monitorinq aparmaqla kənarda qalan vergi ödəyicilərini BAMS proqramına əlavə edildi.
Bu gün məhz bu addımlar sayəsində büdcə gəlirlərində aybaay artım hiss edilməkdədir.
BAMS-ın yaratdığı imkandan yararlanmaqla büdcə gəlirlərini daha da artırmaq niyyətindəyik. Əldə edilən gəlirləri hesabına isə artıq bir sıra irihəcmli layihələr icra edilib.
Bu günlərdə Bakıxanov qəsəbəsi Aşıq Pəri və Leyla Məmmədbəyova küçələrində sakinlərin müraciəti əsasında Sabunçu RİH-in təşəbbüsü ilə Bakıxanov bələdiyyəsi tərəfindən asfalt örtüyü çəkilmişdir.
Məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir. Lakin bu məmnunluğa vergi-uçot sistemini düzgün qurmaqla nail olacağıq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/