GÜNDƏM

Ailə büdcəsi təlimi keçrilib – FOTOLAR

30 ailə başçısına ailə büdcəsi qurmağın və ağıllı alıcı olmağın sirlərini öyrədəcəyik.

QHT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinln Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə büdcəsi quraq, daha varlı olaq!” layihəsinin növbəti, üçüncü mərhələsi 27 iyun 2025-ci il tarixdə başladı.

İyun ayının 1-dən etibarən layihənin ikinci – mediada təbliğat mərhələsinə start verilib. Layihənin bu mərhələsində layihə məqsədləri 16 məqalədə təbliğ edilir. Hər bir təbliğat məqaləsi MEDİA Agentliyinin reyesterində qeydiyyatdan keçmiş ayrı-ayrı sayıtlarda dərc edilir. Məqalələrdə ailə büdcəsinin qurulması üsulu, büdcə növlər, qurulma metodları, ağıllı alıcı olaraq satış mərkəzlərinin marketinq manipulyasiyalarından qorunmaq qaydaları, ailə büdcəsinə qənaət etmək yolları detalli şəkildə, elmi əsaslara və təcrübəyə istinadən izah edilir.

Birlik layihə çərçivəsində cəmiyyətdə ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq ideyasını təbliğ edir.

Birlik mütəxəssisləri hesab edir ki, bu yolla ailələrin gəlir və xərclərini elə optimallaşdırmaq olar ki, onlar fövqaladə vəziyyətlərdə borclanmaya getməməyə, üstəlik, özlərinə dar gün üçün ehtiyat pul vəsaiti – “maliyyə yastığı” yarada bilər.

Əlbəttə, ehtiyat vəsaitlərindən başqa məqsədlər (ev, bağ, avtomobil almaq, kiçik biznes qurmaq və s.) üçün də istifadə etmək olar. İyun ayınının 27-dən başlayaraq layihənin üçüncü mərhələsi başlayaıb. Bu mərhələdə layihə çərçivəsində ailə başçılarına (maliyyə məsələlərinə baxan ailə üzvülərinə) ailə büdcəsi qurmaq və ağıllı alıcı olmaq mövzusunda treninqlər keçrilir. Treninqlərdə iştirak ödənişsizdir və iştirakçılara ailə büdcəsi qurmaq üçün təmənnasız fiziki vasitələr təqdim edilir.

Artıq iyul ayının 4-də 7 nəfər ailə nümayəndəsinə təlim keçrilib. Treninqdə jurnalust, müəllimə və sadə ailə nümayəndələri iştirak ediblər. İştirakçılar sonda etiraf ediblər ki, indiyə qədər eşitmədikləri mətləb barədə geniş bilgi alıblar.

Təlimlərdə dinləyici kimi iştirak etməklə layihəmizdən yaralanmaq istəyən (Bakı və Sumqayıt şəhərində, eyni zamanda, Abşeron rayonunda yaşayan) vətəndaşlar aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər: +994558476605 – WhatsApp; +994703419301; [email protected].

Növbəti treninq 4 iyul 2025-ci il tarixdən başlayır, 25 iyul 2025-ci il tarixə qədər davam edəcək. Təlimlər hər həftənin 5-ci günu saat 13.00-da, Yeni Salyan Yolu 20 giriş C mənzil 255 ünvanında başlayır.
Növbəti təlim 11 iyul 2025-ci il tarixdə, saat 13.00-da, eyni ünvanda baş tutacaq.









Mənbə: Turkustan.Az