DÜNYA

Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək

Prezidenti Donald Tramp 4 iyulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı keçirəcək, tərəflər Kiyevə ABŞ-nin silah tədarükünün dayandırılmasını müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat verib.

Daha əvvəl “The New York Times” qəzeti məlumat vermişdi ki, ABŞ Ukraynaya “Patriot” HHM sistemləri üçün etiraz raketlərinin, yüksək dəqiqlikli GMLRS sursatlarının, Hellfire idarə olunan raketlərinin, Stinger daşınan raket komplekslərinin və bir sıra digər silahların tədarükünü dayandıracaq.

Mənbə: Report.Az